Bank Of Baku

Azərbaycanda ali məktəblərin magistratura pilləsində boş qalmış yerlərə yenidən qəbul aparılacaq

Azərbaycanda ali məktəblərin magistratura pilləsində boş qalmış yerlərə yenidən qəbul aparılacaq
# 29 iyun 2009 11:24 (UTC +04:00)
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, ali məktəblərin magistratura pilləsində boş qalmış yerlərə yenidən qəbul aparılacaq. Bunun üçün bakalavrlar iyulun 28-dən 30-dək ərizələrini sənəd qəbulu komissiyalarına təqdim etməlidirlər.

Müsabiqəyə yalnız iyunun 21-də keçirilmiş ikinci mərhələ üzrə test imtahanlarında iştirak etmiş bakalavrlar buraxılır. İmtahanın ikinci mərhələsindən sonra ali məktəblərin magistratura pilləsinə ayrılan 5168 plan yerindən cəmi 3551-i tutulub. Boş qalan yerlərin siyahısına əsasən, ən çox vakant yerlər Azərbaycan Texniki Universiteti ilə Memarlıq və İnşaat Universitetindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR