Bank Of Baku

Qəbul imtahanlarına sənəd vermiş abituriyentlərə “İmtahana buraxılış vərəqələri”nin verilmə günləri müəyyənləşib

Qəbul imtahanlarına sənəd vermiş abituriyentlərə “İmtahana buraxılış vərəqələri”nin verilmə günləri müəyyənləşib
# 29 iyun 2009 12:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarına sənəd vermiş abituriyentlərə “İmtahana buraxılış vərəqələri”nin verilmə günlərini müəyyənləşdirib. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, ali məktəblərin III ixtisas qrupuna iyulun 5-də keçiriləcək “İmtahana buraxılış vərəqələri bu gündən iyulun 4-dək veriləcək. I ixtisas qrupuna iyulun 12-də keçiriləcək imtahanda iştirak etməli olan abituriyentlər “İmtahana buraxılış vərəqələri”ni iyulun 6-dan 11-dək elektron ərizələrini təsdiq etdirdikləri sənəd qəbulu komissiyalarından ala bilərlər.

İyulun 18-də imtahan verəcək IV ixtisas qrupunun abituriyentləri “İmtahana buraxılış vərəqələri”ni iyulunun 13-dən 17-dək, iyulun 24-də imtahan verəcək II ixtisas qrupunun abituriyentləri isə iyulun 20-dən 23-dək ala biləcəklər.

E. Nağızadənin sözlərinə görə, imtahana buraxılış vərəqələri ilə yanaşı, TQDK tərəfindən pulsuz olaraq “Abituriyentin yadda kitabçası” da təqdim ediləcək. TQDK rəsmisi bildirib ki, hər ixtisas qrupunun abituriyentləri yalnız təyin edilmiş günlərdə “İmtahana buraxılış vərəqələri”ni ala bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR