Bank Of Baku

Özbəkistan gənclərinin “Kamolot” ictimai hərəkatının mərkəzi şurasının sədri gənclər və idman naziri ilə görüşüb

Özbəkistan gənclərinin “Kamolot” ictimai hərəkatının mərkəzi şurasının sədri gənclər və idman naziri ilə görüşüb
# 29 iyun 2009 14:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Özbəkistan gənclərinin “Kamolot” ictimai hərəkatının mərkəzi şurasının sədri Akrom Alimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, bu gün nümayəndə heyəti gənclər və idman naziri Azad Rəhimovla görüşüb. A. Rəhimov bildirib ki, səfər “Azərbaycan hökuməti ilə Özbəkistan hökuməti arasında idman və gənclərlə iş sahəsində əməkdaşlıq haqqında saziş” çərçivəsində həyata keçirilir. Səfərin məqsədi hər iki ölkə arasında gənclərlə iş sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivlərini müzakirə etməkdir. Səfər zamanı nümayəndə heyəti ilə Gənclər və idman nazirliyi arasında 2009-2010-cu illər üçün əməkdaşlıq planının imzalanması da nəzərdə tutulub.
Qeyd edək iyulun 2-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev Fondunda, Yeni Azərbaycan Partiyasında, Milli Məclisdə və “İrəli” ictimai Birliyinin qərargahında görüşlər keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR