Bank Of Baku

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Azərbaycanda əsirlikdə olan erməni hərbçilərə baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Azərbaycanda əsirlikdə olan erməni hərbçilərə baş çəkiblər
# 30 iyun 2009 08:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndələri iyunun 29-da Azərbaycanda əsirlikdə olan Ermənistan ordusunun əsgərləri Ohan Harutunyan və Gevorq Tomasyana baş çəkiblər. Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva bildirib. Onun sözlərinə görə, əsirlərin saxlanma şəraitinin monitorinqi keçirilib, onlarla təkbətək söhbət aparılıb. Erməni əsirlərdən ailələrinə aparmaq üçün məktub da alınıb.

Qeyd edək ki, Ermənistan Ordusunun əsgərləri – 1991-ci il təvəllüdlü Harutunyan Ohan Vadinagiyeviç və 1991-ci il təvəllüdlü Tomasyan Gevorq Serjikoviç mayın 31-də saat 13:00 radələrində Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttində, Goranboy rayonu ərazisində Azərbaycan tərəfinə keçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR