Bank Of Baku

Azərbaycanda uşaq əməyindən istifadə halları yay mövsümündə artır

Azərbaycanda uşaq əməyindən istifadə halları yay mövsümündə artır
# 30 iyun 2009 09:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda «Uşaq əməyi ilə bağlı qanunvericilik» mövzusunda seminar-müşavirə keçirilib. «APA-Economics»in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, Azərbaycanda hələ də uşaq əməyindən istifadə halları ilə rastlaşmaq mümkündür. Xüsusilə də yay mövsümündə çimərliklərdə 12-13 və bundan da aşağı yaşda olan uşaqların işə cəlb edilməsi faktları mövcuddur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək siyasəti şöbəsinin müdir müavini Eldar Məmmədov isə bildirib ki, 2005-ci ildə aparılmış statistikada Azərbaycanda 13,5 min yeniyetmənin işlədiyi qeydə alınıb ki, onların da 82%-i kənd yerlərində yaşayanlardır. Cari ilin birinci rübündə isə Dövlət Əmək Müfəttişliyi tərəfindən aparılan yoxlamalar zamanı yaşı 18-dən aşağı olanların əməyə cəlbi ilə bağlı qanun pozuntuları üzrə 16 hal aşkarlanıb. Bunlardan 4 hal ticarət və iaşə sektorunda olub. Ümumilikdə, qanun pozuntularından 11 hal özəl sektorun payına düşüb. E.Məmmədov onu da qeyd edib ki, istehsalatda uşaq əməyindən istifadə halları əsasən yay mövsümündə çoxalır.

Azərbaycan Sahibkarlar Konfederasiyası əmək şöbəsinin müdiri Sədaqət Qənbərova isə bildirib ki, Azərbaycanda yeniyetmələr üçün qadağan olunmuş işlərin siyahısı mövcuddur. Digər ölkələrlə müqayisədə Azərbaycanda işləyən uşaqlara qarşı zorakılıq yoxdur. Eyni zamanda, onlara əmək haqlarının verilməsində ayrı-seçkiliyə yol verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR