Bank Of Baku

Zərdabın iki kəndində yeni quraşdırılmış modul tipli su təmizləyici qurğulara baxış keçirilib

Zərdabın iki kəndində yeni quraşdırılmış modul tipli su təmizləyici qurğulara baxış keçirilib
# 30 iyun 2009 11:00 (UTC +04:00)
Bakı-APA. Zərdab rayonunun Yarməmmədbağı və Məmmədqasımlı kəndlərində “Hyundai” şirkətinin istehsalı olan ən müasir “osmos” texnologiyalı sutəmizləyici qurğulara baxış keçirilib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Quraşdırılmış qurğuların fəaliyyəti nəticəsində Yarməmmədbağı kəndinin 1024 nəfər əhalisi gün ərzində 20 m3 sutəmizləmə gücünə malik 12 bulaq, Məmmədqasımlı kəndinin 2000 nəfər əhalisi isə gün ərzində 40 m3 sutəmizləmə gücünə malik 12 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcəklər.
Qeyd edək ki, ölkə rəhbərinin müvafiq sərəncamlarına uyğun olaraq 2007-ci ildə 8 rayon, 2008-ci ildə isə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 12 rayonun (Ağcabədi, Biləsuvar, Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan, Neftçala, Babək və Şərur) 122 kəndində modul tipli su təmizləyici qurğular quraşdırılıb və 224 min əhali Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR