Bank Of Baku

QHT təmsilçiləri Milli Məclisin binası qarşısında piket keçirməyə cəhd göstəriblər

QHT təmsilçiləri Milli Məclisin binası qarşısında piket keçirməyə cəhd göstəriblər
# 30 iyun 2009 11:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün “Qeyri-hökumət təşkilatları haqqında” qanuna
edilən əlavə və dəyişikliklərə etiraz edən 70-ə yaxın QHT nümayəndəsi Milli Məclisin binası qarşısında piket keçirməyə cəhd edib. Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin koordinatoru Qubad İbadoğlunun APA-ya verdiyi məlumata görə, aksiya iştirakçılarının parlamentin binası tərəf yürüş etmək cəhdinin qarşısı Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 20 saylı orta məktəbin qarşısında alınıb. Lakin aksiya iştirakçılarına qətnaməni oxumağa və sənədi Milli Məclisə təqdim etməyə imkan yaradılıb.

Bundan sonra piket polis tərəfindən dağıdılıb. Aksiya zamanı saxlanılan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR