Bank Of Baku

Aztəminatlı ailələrə ödənilən ünvanlı yardımın orta aylıq məbləği artırılacaq

Aztəminatlı ailələrə ödənilən ünvanlı yardımın orta aylıq məbləği artırılacaq
# 30 iyun 2009 12:34 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Sosial reabilitasiya üzrə Nizami rayon işçi qrupu ünvanlı sosial yardımın orta hesabla hər ailəyə düşən məbləğini artırmağı planlaşdırır.

Nizami rayonunun Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Əli Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, iyul ayından etibarən bir ailəyə düşən orta aylıq ünvanlı sosial yardımın həcmi hazırkı 80-100 manatdan 120 manatadək artırılacaq.

Dövlət Statistika Komitəsi tərəfindən aparılmış tədqiqatlar nəticəsində müəyyən edilib ki, son iki il ərzində respublika üzrə ev təsərrüfatlarında adambaşına düşən gəlirləri 55-60 manat olanlar 28,9% azalıb, gəlirləri 60 manatadək olan şəxslər cəmi 0,9% təşkil edib.

Ünvanlı sosial yardım almaq üçün mərkəzlərdə qeydiyyata alınmış aztəminatlı ailələrin tədricən yoxsulluq həddindən çıxarılmaları üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Aztəminatlı ailələrin sosial reabilitasiyası Proqramının layihəsi hazırlanıb, layihənin sınaqdan keçirilməsi və təkmilləşdirilməsi ilə bağlı olaraq seçilmiş pilot rayonlarda, o cümlədən İsmayıllı, Quba, Masallı və Bakının Nizami rayonlarında tədqiqatlar aparılır. Bu proqram 13 passiv və aktiv layihəni özündə birləşdirir və yoxsulluq vəziyyətində yaşayan ailələrin hər birinin fərdi şəkildə aktiv layihələrə cəlb olunmasını və nəticədə yoxsulluq vəziyyətindən çıxarılmasını nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR