Bank Of Baku

Sosial yardımın ayrılması qaydalarında dəyişikliklər edilə bilər

Sosial yardımın ayrılması qaydalarında dəyişikliklər edilə bilər
# 30 iyun 2009 13:46 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri Nizami rayonunun Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial reabilitasiya üzrə işçi qrupunun pilot ayihə çərçivəsində apardığı araşdırmalar əsasında ünvanlı sosial yardımın ayrılması qaydalarına dəyişikliklərin edilməsi təklif olunur.

Mərkəzin direktoru Əli Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, ailə üzvlərinin sosial durumundan asılı olaraq sosial müavinətin ümumi məbləğindən hər bir ailə üzvünə individual olaraq faizlər aid ediləcək. Ə.Əliyev bildirib ki, hazırda 1,5 yaşadək uşaqlara müavinət ayrılır, gələcəkdə isə bunun 8 və 16 yaşadək artırılması planlaşdırılır. Lakin bu dəyişikliklər pilot layihəsi həyata keçirildikdən sonra toplanan təcrübənin nəticəsi əsasında qanuni bir formaya salınacaq.

Bundan başqa, ünvanlı sosial yardımı müddətli etmək təklif olunur ki, insanlar bir müddətdən sonra özlərini işlə təmin etsinlər. Qeyd edək ki, pilot layihə oktyabr ayınadək davam edəcək.

Növbəti mərhələlərdə «Ailənin ailəyə köməyi», «Ehtiyacı olan ailələr», «Uşaq evlərində olan uşaqların ailələrinə qaytarılması» layihələri çərçivəsində təbliğat aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR