Bank Of Baku

Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin işçi qrupu “QHT haqqında” qanuna edilən əlavə və dəyişiklərlə bağlı mətbuat konfransı keçirib

Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin işçi qrupu “QHT haqqında” qanuna edilən əlavə və dəyişiklərlə bağlı mətbuat konfransı keçirib
# 30 iyun 2009 14:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin işçi qrupu Milli Məclisdə “QHT haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı keçirdiyi iclasın yekunlarına dair mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, işçi qrupun üzvü Qubad İbadoğlu deyib ki, bu gün parlamentdə qəbul olunan yekun sənəd QHT-lərin fəaliyyətinə məhdudiyyət qoymasa da, xeyr də verməyəcək. Q. İbadoğlu QHT-lərin yaranan vəziyyətlə bağlı mütəşəkkillik göstərdiyini isə müsbət hal hesab edib: “Birinci oxunuşa çıxarılan qanun qəbul olunsaydı, QHT-lər üçün təhlükəli dövr başlaya bilərdi. Artıq komitə fəaliyyətinin ikinci mərhələsinə də yekun vurdu”. Q. İbadoğlu vətəndaş cəmiyyətinin bir qolu olan QHT-lərin bundan sonra da əlaqəli fəaliyyət göstərəcəyini də deyib. İşçi qrupun üzvü Rövşən Ağayev, İlqar İbrahimoğlu, İlqar Məmmədov və digər çıxış edənlər də QHT-lərin mütəşəkkil şəkildə fəaliyyət göstərməsini zəruri hesab ediblər.

Qeyd edək ki, bu gün Milli Məclisdə qəbul olunan “Qeyri-hökumət təşkilatları haqqında” qanunda edilən dəyişikliklərə əsasən, QHT-lərin qeydiyyatına görə inzibati məsuliyyəti, məcburi qeydiyyatı, QHT üzvlərinin məcburi reyestrinin aparılmasını nəzərdə tutan müddəalar layihədən çıxarılıb, fondlarla bağlı nizamnamə kapitalı 50 min manatdan 10 min manatadək azaldılıb. Layihədə Azərbaycanda yaşayan əcnəbilərin QHT yaratmaq hüququ tanınır, həmçinin, QHT-lərin filial və nümayəndəlilərinin yaradılması üçün yeni norma müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR