Bank Of Baku

Azərbaycan təhsil üçün xaricə göndərdiyi tələbələrin sayını 25% artıracaq

Azərbaycan təhsil üçün xaricə göndərdiyi tələbələrin sayını 25% artıracaq
# 30 iyun 2009 16:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün ARDNŞ-da Azərbaycan ali təhsil müəssisələrinin tələbələrinə Dövlət Neft Şirkətinin təqaüdünün təqdimatı keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev Müsabiqə Komissiyasının qərarına əsasən, təqaüdə layiq görülmüş 131 tələbəyə təqaüd verildiyini vurğulayıb.

R.Abdullayevin sözlərinə görə, bu il təhsilini başa vurmuş Təqaüd Proqramının iştirakçılarının ARDNŞ-da işlə təmin olunmasına dair göstəriş verilib. Eyni zamanda, onların gələcəkdə sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün əlavə güzəştlərin verilməsi nəzərdə tutulur.

Təhsil naziri Misir Mərdanov isə ARDNŞ-in köməyi nəticəsində azərbaycanlı tələbələrin xaricdə tanınmış təhsil müəssisələrində oxumalarını nümunə göstərib. Nazir bildirib ki, hazırda xarici ölkələrin ali təhsil müəssisələrində 4 min azərbaycanlı, Azərbaycanda isə 7 minə yaxın əcnəbi tələbə təhsil alır. Dövlət başçısının tapşırığına əsasən, 2015-ci ilədək xaricdə təhsil alan tələbələrin sayının 5 minə qədər artırılması planlaşdırılır.

«Biz indiyədək xaricə tələbə göndərmişik. Amma onların necə oxumaları, hansı problemlərlə üzləşmələri ilə maraqlanmamışıq», - deyə M.Mərdanov vurğulayıb.

Daha sonra tələbələrə təqaüdlər təqdim olunub. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən bəzi ali təhsil müəssisələrinin rəhbərləri də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR