Bank Of Baku

Azərbaycanın cənub bölgəsi qatı toz dumanına bürünüb

Azərbaycanın cənub bölgəsi qatı toz dumanına bürünüb
# 01 iyul 2009 07:13 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Lənkəran regional hidrometeoroloji hissəsinin müdir əvəzi İdris Höccətov APA-ya açıqlamasında bu dəyişikliyi İran və İraqda baş vermiş toz tufanları ilə əlaqələndirib. İ. Höccətov bu cür hadisələrin hər il qeydə alındığını bildirib: ”Əslində bu proseslərin ekologiya üçün o qədər də ciddi təhlükəsi yoxdur. Amma tənəffüs yolları xəstəliyindən əziyyət çəkən şəxslərin belə şəraitdə səhhətlərinin qayğısına qalmaları məsləhətdir”.
ETSN-nin əməkdaşı iyulun 2-dən sonra toz-duman qatının çəkiləcəyini diqqətə çatdırıblar.
Qeyd edək ki, bir neçə gündür ki, Bakının üzərində də qatı toz dumanı müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR