Bank Of Baku

Bakıda biznes və peşə təhsili mövzusunda seminar keçirilib

Bakıda biznes və peşə təhsili mövzusunda seminar keçirilib
# 01 iyul 2009 08:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Bakıda British Council təşkilatı tərəfindən “Skills@work” (İş üçün bacarıqlar) layihəsi çərçivəsində biznes və peşə təhsili mövzusunda iki günlük seminar öz işinə başlayıb. APA-nın məlumatına görə, seminar Təhsil Nazirliyi, Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadi İnkişaf Nazirlikləri, həmçinin işəgötürənlər, peşə təhsili müəssisələri, beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilir. Seminarın açılışında çıxış edən British Councilın Azərbaycan nümayəndəliyinin direktoru Nikol lə Os de Lalüvye bildirib ki, təmsil etdiyi təşkilat 75 ildən artıq müddətdə fəaliyyət göstərir. Təşkilat Böyük Britaniya da daxil olmaqla, 110-dan çox ölkədə 120 milyon nəfərə yaxın insanı əhatə edən layihələr həyata keçirir. N. Lalüvye bildirib ki, “Skills@work” bütün Cənub-Şərqi Avropa ərazisi və Böyük Britaniyada peşə təhsili və təlimi sektorunda beynəlmiləlçiliyi dəstəkləyən, on səkkiz ölkəni əhatə edən layihədir. Seminarda təhsil və biznes sektorunu təmsil edən iki Britaniyalı mütəxəssis peşə təhsilinə işəgötürənlərin cəlb edilməsi sahəsində təcrübələrini bölüşəcək, yerli mütəxəssislərin çıxışları ilə bərabər açıq müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR