Bank Of Baku

AMEA-da Cənubi Koreyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

AMEA-da Cənubi Koreyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
# 01 iyul 2009 10:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Cənubi Koreyanın Azərbaycandakı səfiri Lyu Kvanq Çul ilə görüş keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Cənubi Koreya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, informasiya texnologiyaları və nüvə enerjisi sahəsində əməkdaşlıq əlaqələrinin qurulması, bu sahədə milli kadrların hazırlanması və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.
Səfir ölkəsinin Azərbaycanla təhsil, elm və informasiya texnologiyaları sahələrində əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. O, Cənubi Koreyanın nüvə reaktoru istehsalı üzrə dünyada ön yerlərdən birini tutduğunu və hazırda ölkədə 2 nüvə reaktorunun fəaliyyət göstərdiyini söyləyərək bu sahədə Azərbaycanla tərəfdaş ölkə olmağa və hər cür yardım göstərməyə hazır olduqlarını deyib.

AMEA prezidenti Mahmud Kərimov isə bu yaxınlarda Seul şəhərinə səfəri zamanı koreyalı alim və mütəxəssislərlə keçirilən görüşlərdən söhbət açaraq, informasiya texnologiyaları və nüvə enerjisi sahələri üzrə gələcək əməkdaşlıq əlaqələrinin qurulması məsələlərinə dair danışıqların nəticəsi haqqında məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR