Bank Of Baku

Gənclər və İdman Nazirliyi ilə Özbəkistan gənclərinin “Kamolot” İctimai Şurası arasında 2009-2010-cu illər üçün əməkdaşlıq planı imzalanıb

Gənclər və İdman Nazirliyi ilə Özbəkistan gənclərinin “Kamolot” İctimai Şurası arasında 2009-2010-cu illər üçün əməkdaşlıq planı imzalanıb
# 01 iyul 2009 15:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Gənclər və İdman Nazirliyi ilə Özbəkistan gənclərinin “Kamolot” İctimai Şurası arasında 2009-2010-cu illər üçün əməkdaşlıq planı imzalanıb. APA-nın məlumatına görə, planın imzalanma mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycan və Özbəkistan hökumətləri arasında 1997-ci ildə qarşılıqlı əməkdaşlıq haqqında imzalanmış sərəncama əsasən, istər gənclər, istərsə də idman sahəsində qarşılıqlı səfərlər və layihələr həyata keçirilib. İmzalanan əməkdaşlıq planında ölkələr arası yarışların, daha sıx görüşlərin keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR