Bank Of Baku

Salyanda yeni quraşdırılmış modul tipli sutəmizləyici qurğulara baxış keçirilib

Salyanda yeni quraşdırılmış modul tipli sutəmizləyici qurğulara baxış keçirilib
# 02 iyul 2009 08:12 (UTC +04:00)
Bakı-APA. Bu gün Salyan rayonunun Kürqaraqaşlı və Qarabağlı kəndlərində “Hyundai” şirkətinin istehsalı olan ən müasir “osmos” texnologiyalı sutəmizləyici qurğulara baxış keçirilib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Quraşdırılmış qurğuların fəaliyyəti nəticəsində Kürqaraqaşlı kəndinin 2420 nəfər əhalisi gün ərzində 50 m3 sutəmizləmə gücünə malik 13 bulaq, Qarabağlı kəndinin 5187 nəfər əhalisi isə gün ərzində 100 m3 sutəmizləmə gücünə malik 20 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcəklər.
Məlumata görə, ölkə rəhbərinin müvafiq sərəncamlarına uyğun olaraq 2007-ci ildə 8 rayon, 2008-ci ildə isə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 12 rayonun (Ağcabədi, Biləsuvar, Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan, Neftçala, Babək və Şərur) 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmış və 224 min əhali Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR