Bank Of Baku

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti gözlənilir

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti gözlənilir
# 02 iyul 2009 09:14 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-qərb küləyi əsəcək, arabir nisbətən güclənəcək. Havanın temperaturu gündüz 27-29 dərəcə, axşam 23-25 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 isti olacaq.

İyulun 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 27-29 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq. İyulun 4-də hava dəyişkən buludlu, yağmursuz olacaq. Cənub küləyi əsəcək, gündüz arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 29-32 dərəcə isti olacaq. İyulun 5-də hava dəyişkən buludlu, yağmursuz olacaq. Cənub küləyi əsəcək, gündüz arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz 29-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 3-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Böyük Qafqazın bəzi yerlərində yağışın lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 17-22, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

İyulun 4-5-də hava əsasən yağmursuz olacaq. Lakin iyulun 4-də gecə və səhər əsasən şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq.

Yaxın iki gün üçün olan tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında temperatur rejiminin iqlim normasına yaxın olması gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR