Bank Of Baku

Bakıda insan alveri qurbanları üçün yardım və sosial reinteqrasiya modelinin inkişafına dair regional müşavirə keçirilir

Bakıda insan alveri qurbanları üçün yardım və sosial reinteqrasiya modelinin inkişafına dair regional müşavirə keçirilir
# 02 iyul 2009 09:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə insan alveri qurbanları üçün yardım və sosial reinteqrasiya modelinin inkişafına dair regional müşavirə başlayıb. APA-nın məlumatına görə, iki gün davam edəcək müşavirədə çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vasili Yujanin bildirib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan hökumətinin insan alverinə qarşı apardığı mübarizəyə dəstək vermək, bu sahədə milli istiqamətləndirmə mexanizminin yaranmasına, Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının icrasına yardım göstərməkdir. Tədbirin digər məqsədi isə bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının səylərini səfərbər etmək və təcrübə mübadiləsi aparmaqdır.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin insan alveri qurbanları ilə işin təşkili şöbəsinin rəisi Şahin Qocayev isə Azərbaycanın 2003-cü ildə transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyaya qoşulduğunu, 2004-cü ildən insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının qüvvədə olduğunu xatırladıb. Bu ilin fevral ayında Milli Fəaliyyət Planının 2009-2013-cü illəri əhatə edən ikinci fazasının həyata keçirilməsinə başlandığını deyən Ş. Qocayevin sözlərinə görə, insan alveri qurbanları ilə bağlı milli istiqamətləndirmə mexanizmləri də hazırlanaraq Azərbaycan Nazirlər Kabinetinə təqdim olunub. O, insan alveri qurbanlarına fasiləsiz xidmət göstərən “qaynar xətt” xidmətinin və təhlükəsiz sığınacaqların normal fəaliyyət göstərməsi, qurbanların ərzaq, tibbi və digər ləvazimatlarla təchiz edilməsi üçün DİN-nin büdcəsindən hər il orta hesabla 52 min manat pul ayrıldığını söyləyib. Korrupsiya və insan alveri ilə mübarizə aparan qeyri-hökumət təşkilatlarına isə bu il QHT-lərin İnkişafına Dövlət Dəstəyi Şurasının xətti ilə 83 min manat məbləğində qrant ayrılıb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Piter Ştrasse Dövlət Departamentinin insan alveri haqqında ötən ay açıqladığı hesabatda Azərbaycanın ikinci səviyyədə olan ölkə kimi göstərildiyini vurğulayıb: “Azərbaycandan qadın və uşaqlar cinsi istismar məqsədilə daha çox Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə, əmək istismarı məqsədilə isə Rusiyaya aparılır. Moldovadan, Özbəkistandan, Qazaxıstandan Türkiyəyə və Ərəb Əmirliklərinə aparılan insanlar üçün Azərbaycan həm də tranzit ölkə rolunu oynayır. Ukraynadan, Özbəkistandan, Qazaxıstandan çox az sayda qadınlar cinsi istismar üçün Azərbaycana gətirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR