Bank Of Baku

BMT-nin baş katibi Beynəlxalq Kooperativlər Günü ilə bağlı üzv dövlətlərə müraciət edib

BMT-nin baş katibi Beynəlxalq Kooperativlər Günü ilə bağlı üzv dövlətlərə müraciət edib
# 02 iyul 2009 10:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. BMT-nin baş katibi Pan Gi Mun 4 iyul – Beynəlxalq Kooperativlər Günü ilə bağlı üzv dövlətlərə müraciət edib. BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir: “İlk kooperativlər iki yüz il bundan əvvəl kəndlilər, sahibkarlar və fermerlər resurslarını birləşdirərək istehsalın genişləndirilməsi üçün bir-birilərinə köməklik etmək qərarına gəldikləri zaman yaranıb. Nəticədə pərakəndə ticarət kooperativləri meydana gəlib ki, onların sayəsində də aztəminatlı ailələr borc problemindən qurtula bilib və daha keyfiyyətli mal və xidmətlər əldə edib. Bu il Beynəlxalq Kooperativlər Gününün başlıca mövzusu “Kooperativlər vasitəsilə ümumdünya iqtisadiyyatının inkişafına təkan vermək”dir ki, bu da kooperativ sahibkarlığın dəyərini vurğulayır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR