Bank Of Baku

BMT-nin Əhali Fondu dövlət qurumları üçün təlim təşkil edib

BMT-nin Əhali Fondu dövlət qurumları üçün təlim təşkil edib
# 02 iyul 2009 13:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. BMT-nin Əhali Fondu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə birlikdə “Zorakılıq qurbanı olan qadınlar və onların uşaqları üçün reabilitasiya mərkəzlərinin yaradılması, monitorinqi və qiymətləndirilməsi” mövzusunda iki günlük təlim təşkil edib. BMT-nin Əhali Fondundan APA-ya verilən məlumata görə, “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində müvafiq dövlət qurumlarının təmsilçiləri üçün təşkil olunmuş bu təlim gender məsələləri üzrə beynəlxalq ekspertlər - Türkiyənin Başkent Universitetinin Qadın-uşaq sağlamlığı və ailə planlaşdırılması üzrə araşdırma və icra mərkəzinin rəhbəri, Ayşə Akın, mərkəzin eksperti Əbru Özberk və Hacəttəpə Universitetinin İctimai səhiyyə və tibb bölümünün mütəxəssisi Sarp Ünər tərəfindən aparılıb. Təlimdə çıxış edən AQUPDK-nın sədr müavini Sədaqət Qəhrəmanova bu cür təşəbbüslərin Azərbaycanda qadınlara qarşı baş verən zorakılıq hallarının aradan qaldırılması üzrə aparılan işə böyük töhfə verdiyini bildirib. Təlim iştirakçılarına gender zorakılığı, onun səbəb və nəticələri barədə ümumi məlumat verilib, ailə zorakılığının uşaqların psixologiyasına təsirindən danışılıb. Türkiyəli ekspertlər zorakılıq qurbanları üçün reabilitasiya mərkəzlərinin yaradılmasının vacibliyi, gender zorakılığının qurbanlarına dəstək üzrə əsas beynəlxalq standartlar, bu cür mərkəzlərin modelləri və xüsusilə bu sahə üzrə Türkiyə təcrübəsi, sığınacaqların fəaliyyət mexanizmi, gender zorakılığına dair qanunvericilik aktları və digər mövzular haqqında ətraflı məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR