Bank Of Baku

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə  araşdırmalar aparılıb
# 03 iyul 2009 08:40 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2009-cu ilin 16-22 iyun tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 14 akt və 6 protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 4 göstəriş verilib. Ümumilikdə 9 iş üzrə 52500 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 2 iş üzrə 550,76 manat məbləğində iddia qaldırılıb.
Atmosfer havası üzrə 6 akt tərtib olunub, 2 iş üzrə isə 25000 manat məbləğində cərimə tətbiq edilib.
Torpaq ehtiyatları üzrə 1 iş üzrə 700 manat məbləğində cərimə tətbiq olunub.
Yerin təki üzrə 4 akt və 3 protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 4 göstəriş verilib. 2 iş üzrə 5800 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 1 iş üzrə 385 manat məbləğində iddia qaldırılıb.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 4 akt və 3 protokol tərtib olunub, 4 iş üzrə 21000 manat məbləğində cərimə tətbiq edilib.
Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 1 iş üzrə 165,76 manat məbləğində iddia qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR