Bank Of Baku

Səudiyyə Ərəbistanı Azərbaycana 25 milyon dollar həcmində kredit ayırıb

Səudiyyə Ərəbistanı Azərbaycana 25 milyon dollar həcmində kredit ayırıb
# 03 iyul 2009 09:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Səudiyyə Ərəbistanı Abşeronun su təchizatı və kanalizasiya sisteminin bərpa və genişlənməsinə 25 milyon ABŞ dolları ayırıb. Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir Fəhd Bin Əli əl-Dusəri Səudiyyə Ərəbistanı maliyyə naziri və İnkişaf Fondu İdarə Heyətinin sədrindən Azərbaycanın baş naziri müavini Abid Şərifova ünvanlanmış məktubu Nazirlər Kabinetinin aparatına təqdim edib. Məktubda «Bakı ətrafı qəsəbə və kəndlərin içməli su təchizatı və kanalizasiya sisteminin bərpa və genişləndirilməsi layihəsi»nin maliyyələşdirilməsi üçün 93,75 milyon Səudiyyə rialı (25 milyon ABŞ dolları) məbləğində kredit ayrılmasına razılıq verdiyi qeyd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR