Bank Of Baku

Ali məktəblərə ixtisas seçimi iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə aparılacaq

Ali məktəblərə ixtisas seçimi iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə aparılacaq
# 03 iyul 2009 10:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ali məktəblərin bütün ixtisas qrupları üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə aparılacaq. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, tələbə qəbulu müsabiqəsində I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, III ixtisas qrupunda ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. N. Babayevin sözlərinə görə, Azərbaycan bölməsində III qrupun DT altqrupunda xarici dil fənninə nisbi bal məhdudiyyəti qoyulmur. Azərbaycan Dövlət Aqrar Universitetinin (keçmiş Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) IV qrupa daxil olan ixtisaslarına fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Komissiyanın sədr müavini deyib ki, dövlət və özəl ali məktəblərdə qruplar üzrə ümumi müsabiqə vəziyyəti bir yerə qarşı 3,9 abituriyentdir. I qrup üzrə bir yerə qarşı 4,2, II qrup üzrə bir yerə 3,5, III qrup üzrə bir yerə 3,8, IV qrup üzrə isə bir yerə 4, 8 abituriyent mübarizə aparacaq. Dövlət ali məktəbləri üzrə isə ümumi müsabiqə vəziyyəti bir yerə qarşı 4,5 (I qrup üzrə 4,4, II qrup üzrə 4,5, III qrup üzrə 4,6, IV qrup üzrə 4,9) abituriyentdir.
N. Babayevin sözlərinə görə, qəbul imtahanı verən və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq vaxtda elektron ərizələrinə daxil olub, orta ixtisas məktəblərinin ixtisaslarını seçə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR