Bank Of Baku

İçərişəhərdə “Meydan bazarı” qurulacaq

İçərişəhərdə “Meydan bazarı” qurulacaq
# 03 iyul 2009 10:32 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. İyulun 5-dən İçərişəhərdə “Meydan bazarı” layihəsinin həyata keçirilməsinə başlanacaq. APA-nın xəbərinə görə, bunu “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov deyib. O bildirib ki, “Azərcell”in dəstəyi ilə reallaşacaq layihədə məqsəd milli tətbiqi sənət ustalarının məhsullarının həftənin bazar günləri İçərişəhər ərazisində satışının təşkili yolu ilə xalq mədəniyyətinin bu sahəsinin inkişafını, Bakı əhalisinin və paytaxtın qonaqlarının istirahət gününün burada keçirilməsini stimullaşdırmaqdır. “Meydan bazarı” proqramında müxtəlif məzmunlu şoular təşkil ediləcək. Tədbir iyulun 5-də saat 16.00-da başlayacaq və 20.00-dək davam edəcək. Həmin vaxt ərzində İşərişəhərə Qoşa Qala qapısından avtomobillərin daxil olması dayandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR