Bank Of Baku

İçərişəhərdə xüsusi yol nişanları quraşdırılacaq

İçərişəhərdə xüsusi yol nişanları quraşdırılacaq
# 03 iyul 2009 10:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. İçərişəhərdə avtomobillərin hərəkətini müəyyənləşdirən xüsusi yol nişanları quraşdırılacaq. Artıq bu nişanlar hazırlanmaqdadır. APA-nın məlumatına görə, bunu “İşərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, həmin yol nişanları quraşdırıldıqdan sonra İçərişəhərdə hərəkət biristiqamətli olacaq. M. Cabbarov deyib ki, yaxın iki həftə ərzində İçərişəhərə avtomobillərin girişi ilə bağlı avtomatlaşdırılmış sistem də quraşdırılacaq: “Həmin sistemə əsasən, eyni vaxta İçərişəhərdə hansı növ avtomobildən neçəsinin hərəkət etdiyini müəyyənləşdirmək mümkün olacaq”.

M. Cabbarov, həmçinin bildirib ki, son bir neçə ayda İçərişəhərə avtomobillərin daxil olmasında azalma müşahidə olunur: “Artıq bir aydır ki, təchizat avtomobillərinin İçərişəhərə daxil olması ilə bağlı xüsusi rejim tətbiq edilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR