Bank Of Baku

Dağıstanın gənclər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan səfəri başlayır

Dağıstanın gənclər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan səfəri başlayır
# 03 iyul 2009 10:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu gündən iyulun 7-dək Dağıstan Respublikasının gənclər naziri Zaur Qəhrimanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayır. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqlar Azərbaycanın ən səfalı guşələrindən olan Quba və Qusar zonalarında olacaqlar.

Nümayəndə heyəti Qubanın tarixi, mədəniyyəti ilə yaxından tanış olduqdan sonra, iyulun 4-də Qusara yollanacaq. Qusarda Mərkəzi Şəkil Qalereyasında Azərbaycan və Dağıstan gənclərinin əl işləri nümayiş olunacaq. Eyni zamanda hər iki ölkənin istedadlı gənclərinin iştirakı ilə konsert proqramı da təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR