Bank Of Baku

Qubada təbii fəlakət və bədbəxt hadisələrdən ziyan çəkən imkansız ailələrə vaxtaşırı olaraq yardım göstərmək nəzərdə tutulub

Qubada təbii fəlakət və bədbəxt hadisələrdən ziyan çəkən imkansız ailələrə vaxtaşırı olaraq yardım göstərmək nəzərdə tutulub
# 03 iyul 2009 10:44 (UTC +04:00)
Quba. Könül Abdullayeva-APA. 2009-cu ildə Quba rayon İcra Hakimiyyətinə daxil olan müraciətlər əsasında təbii fəlakət və bədbəxt hadisələrdən ziyan çəkən imkansız ailələrə vaxtaşırı olaraq yardım göstərmək nəzərdə tutulub. APA-nın şimal bürosunun xəbərinə görə, ilkin mərhələdə bu gün 80 imkansız ailəyə mənzillərində tikinti-bərpa işlərinin aparılması üçün 30 min manatlıq tikinti materialı paylanıb. Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov APA-ya açıqlamasında 2009-cu ilin may-iyun ayları ərzində rayonda baş verən təbii fəlakətlər nəticəsində zərərçəkən ailələrə yardımla bağlı da xüsusi komissiyanın fəaliyyət göstərdiyini bildirib: “Operativ komissiya hər bir ailəyə dəyən maddi ziyanı müəyyənləşdirir”.
Qeyd edək ki, bu ilin may və iyun ayları ərzində baş verən təbii fəlakətlər nəticəsində Qubanın Çiçi, Üçgün və Tüləkəran kəndlərində 10-dək yaşayış binasını, 100 hektardan çox təsərrüfat sahəsinə, eləcə də kənd sakinlərinə məxsus avtomobillərə ciddi ziyan dəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR