Bank Of Baku

Azərbaycanlı alim türk memarlıq tarixi ilə bağlı əsər yazır

Azərbaycanlı alim türk memarlıq tarixi ilə bağlı əsər yazır
# 03 iyul 2009 10:49 (UTC +04:00)
İstanbul. Mais Əlizadə-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mübir üzvü, professor Cəfər Qiyasi Türkiyənin memarlıq tarixi ilə bağlı əsər üzərində işləyir. APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu məqsədlə Türkiyənin Qərb, Cənubi-Şərq və Orta Anadolu bölgələrindəki məscidlərdə araşdırmalar aparan Cəfər Qiyasi halı-hazırda işlərini İstanbulda davam etdirir. C. Qiyasi APA-nın əməkdaşına açıqlamasında bunları deyib: “Memar Sinanın Osmanlı imperatorluğunun baş saray memarı vəzifəsinə qədər olan müddətdə memarlıq abidələrinin çoxuna Təbrizdən gələn sənətkarlar imza atıb. İlkin araşdırmalarım Təbriz memarlıq məktəbin nümayəndələrinin müasir Türkiyə ərazisində və Balkan torpaqlarında qiymətli əsərlər yaratdığını göstərir. Bu mövzuda yazmağa başladığım kitab-bir çox qaranlıq həqiqətləri ortaya çıxaracaq. Kitabı tamamlayandan sonra Cənubi Azərbaycanla bağlı hazırladığım layihəni həyata keçirəcəyəm. Türkiyədəki alim dostlarımla apardığım fikir mübadilələri mənim işlədiyim mövzunun çox aktual olduğunu göstərdi. Bu sahədə dünyada analoqu olmayan bir əsərə imza atmaq istəyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR