Bank Of Baku

BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Azərbaycanın şimal-qərb bölgəsində səfərdədir

BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Azərbaycanın şimal-qərb bölgəsində səfərdədir
# 04 iyul 2009 08:33 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan üzrə nümayəndəsi Azərbaycanın şimal-qərb bölgəsində səfərdədir. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumata əsasən, BMT-nın Qaçqınlar üzrə Ali Komisarlığının Azərbaycan üzrə nümayəndəsi Arun Saua Ndarm səfərə Qəbələ rayonundan başlayıb. Arun Saua Ndarm bu gün Şəkidə olacaq və Şəkidə yerləşən məcburi köçkünlərlə görüşüb, onların yaşam tərzi ilə yaxından tanış olacaq. İcra strukturlarından verilən məlumata görə, BMT-nın Qaçqınlar üzrə Ali Komisarlığının Azərbaycan üzrə nümayəndəsi Arun Saua Ndarm bu gün günün ikinci yarısında Zaqatala və Balakən rayonlarına səfər edib, ordakı məcburi köçkünlərlə görüş keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR