Bank Of Baku

“Azərsun Holdinq”in istehsalı olan çaylar Rusiyada mükafata layiq görülüb- FOTO

“Azərsun Holdinq”in istehsalı olan çaylar Rusiyada mükafata layiq görülüb- <font color=red>FOTO</font>
# 04 iyul 2009 11:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Azərsun Holdinq” Şirkətlər Qrupunun çay fabrikinin istehsalı olan “Azərçay” və “Məryəm” çayı Rusiya bazarında Azərbaycan brendlərinin tanınması istiqamətindəki nailiyyətinə görə “Proqress-2008” mükafatına layiq görülüb. Bu barədə APA-ya «Azərsun Holding»in mətbuat xidmətindən məlumat verilib.
Rusiyanın Azərbaycandakı səfirliyi və Ticarət Palatasının dəstəyi ilə Azərbaycan Rusiya İşgüzar Əməkdaşlıq Palatası tərəfindən 2008-ci ilin yekunlarına əsasən təşkil olunmuş “Proqress” mükafatının təqdimetmə mərasimi “Azərsun Holding” Şirkətlər Qrupunun Baş Sponsorluğu altında keçirilib.
Qeyd edək ki, şirkət Rusiyaya 10 ildən çoxdur ki məhsul ixrac edir. “Azerçay” və “Maryam” çayları, konserv məhsulları, xüsusi ilə müxtəlif çeşidli mürəbbələr Rusiyada bazarlarında geniş təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR