Bank Of Baku

Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 1556 abituriyent iştirak etməyib

Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 1556 abituriyent iştirak etməyib
# 06 iyul 2009 08:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ali məktəblərin III ixtisas qrupu üzrə iyulun 5-də keçirilən qəbul imtahanından 5 abituriyent xaric olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, imtahandan xaric edilən abituriyentlərin 4-ü imtahana mobil telefonla daxil olmaq istədiyinə, 1-i isə imtahanın gedişinə mane olduğuna görə imtahan zalından xaric edilib.

E. Nağızadə bildirib ki, ilkin məlumatlara görə, 1556 abituriyent imtahanda iştirak etməyib. Hazırda imtahan protokollarının emalı prosesi gedir. İyulun 5-dən etibarən TQDK-nın internet saytında imtahandan istifadə olunmuş bütün variantların test suallarının cavabları yerləşdirilib. Rəsmi nəticələr isə yaxın günlərdə elan olunacaq.

E. Nağızadənin sözlərinə görə, hər imtahan günündən sonra TQDK-da imtahanda istifadə olunmuş sualların məzmunu ilə bağlı abituriyentlərin suallarını cavablandırmaq üçün Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bu gün TQDK-nın ekspertləri III qrupun sualları ilə bağlı müraciətləri cavablandıracaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR