Bank Of Baku

I ixtisas qrupu abituriyentlərinə “İmtahana buraxılış vərəqələri” verilməsinə başlanıb

I ixtisas qrupu abituriyentlərinə “İmtahana buraxılış vərəqələri” verilməsinə başlanıb
# 06 iyul 2009 08:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I ixtisas qrupu üzrə ali məktəblərə, Müdafiə Nazirliyinin ali hərbi məktəblərinə, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına və Bakı Yanğın Texniki Məktəbinə iyulun 12-də keçiriləcək qəbul imtahanı üçün abituriyentlərə “İmtahana buraxılış vərəqələri” verməyə başlayıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, bu gündən iyulun 11-i saat 17.00-dək I ixtisas qrupunun abituriyentləri ərizə verdikləri Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət edərək, “İmtahana buraxılış vərəqləri”ni ala bilərlər.

Qeyd edək ki, I ixtisas qrupu üzrə 36 229 nəfər sənəd verib. Bu il I ixtisas qrupu üzrə ali məktəblərə Azərbaycan bölməsi üzrə 7001 yer, rus bölməsi 1018 yer, birgə müsabiqə üzrə isə 699, cəmi 8718 plan yeri ayrılıb. Müsabiqə vəziyyətinə əsasən, bir yerə qarşı 4,2 abituriyent mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR