Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsində bütün televiziya və radio kanallarının yayımı dayandırılıb

 Azərbaycanın şimal-qərb bölgəsində bütün televiziya və radio kanallarının yayımı dayandırılıb
# 06 iyul 2009 09:21 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Azərbaycanın şimal-qərb bölgəsində ölkədə fəaliyyət göstərən bütün televiziya və radio kanallarının yayımı dayandırılıb. APA-nın şimal-qərb bürosunun xəbərinə görə, Zaqatala, Balakən və Qax rayonlarında bu gün səhər saatlarından başlayaraq, bütün televiziya və radio kanallarının yayımında fasilə yaranıb.
Bununla bağlı əhaliyə heç bir xəbərdarlıq edilməyib.
Zaqatala rayon Danaçı Radio Televiziya Paylayıcı Stansiyasının rəisi Paşa Yusifov APA-ya fakt təsdiqləyib. O, buna üç aydan bir keçirilən profilaktik tədbirlərin səbəb olduğunu deyib. P. Yusifovun sözlərinə görə, bu gün saat 16.00 radələrində radio, 17.00-dan isə televiziya kanallarının yayımının bərpa olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR