Bank Of Baku

Ali məktəblərin III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında xeyli abituriyentin halı pisləşib

Ali məktəblərin III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında xeyli abituriyentin halı pisləşib
# 06 iyul 2009 09:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Ali məktəblərin III ixtisas qrupu üzrə iyulun 5-də keçirilən qəbul imtahanında 12 abituriyentə tibbi yardım göstərilib. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, TQDK tərəfindən imtahan qaydaları hazırlanarkən müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edilir: “İmtahanın təhlükəsizliyinin təmin olunması ilə bağlı Xüsusi Dövlət Mühafizə Xidməti, imtahan zamanı abituriyentlərin əhvallarının pis olacağı təqdirdə isə Səhiyyə Nazirliyinin Təcili Yardım xidməti ilə əməkdaşlıq edirik”.

E. Nağızadə bildirib ki, imtahan zamanı özlərini pis hiss edən abituriyentlərə tibbi yardım göstəriləndən sonra onlar yenidən imtahan prosesinə davam ediblər. TQDK rəsmisi valideynləri də abituriyentlərə imtahan qabağı dəstək olmağa çağırıb: “Ailələri abituriyentlərə hər cür dəstək göstərməlidirlər. Yaş dövrünü və imtahanların gərginliyini nəzərə alaraq, onlara bu dəstəyə ehtiyacları var. Ən azı abituriyentlərin həyəcanı onların imtahanlarının nəticələrinə təsir etməməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR