Bank Of Baku

Azərbaycanın bəzi ərazilərində leysan və dolu gözlənilir

Azərbaycanın bəzi ərazilərində leysan və dolu gözlənilir
# 06 iyul 2009 09:43 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 28-32 dərəcə, axşam 24-26 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

İyulun 7-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 20-23, gündüz 28-31, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq. İyulun 8-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində, əsasən yağmursuz keçəcək. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 28-31 dərəcə isti olacaq.

İyulun 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, arabir nisbətən güclənəcək. Gecə 19-22, gündüz 28-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 7-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə yağışın lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 19-23, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

İyulun 8-9-da, əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-23, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturların iqlim normasına yaxın tərəddüd edəcəyi gözlənilir. Belə hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR