Bank Of Baku

Dövlət Sosial Müdafiəsi Fondu yerli şöbələr üçün binalar tikdirir

Dövlət Sosial Müdafiəsi Fondu yerli şöbələr üçün binalar tikdirir
# 06 iyul 2009 10:10 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu yerli şöbələrin inzibatı binalarının tikintisi ilə bağlı tenderlər elan edib.

Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderlərin şərtlərinə əsasən, Qaradağ və Gəncə şöbələri üçün inzibati binaların tikintisi nəzərdə tutulub. Tenderlərdə iştirak haqqı 200 manat təşkil edir.

Tender sənədləri avqustun 5-dək qəbul edilir. Tender təklifləri avqustun 13-dən gec olmayaraq təqdim edilməlidir. Tender prosedurası isə avqustun 14-də keçiriləcək.

Birinci tender üzrə əlavə məlumat almaq üçün (012) 445- 80- 22, ikinci tender üzrə isə 0-22-52-42-07 və ya 0-22-52-52-08 telefon nömrələrinə müraciət etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR