Bank Of Baku

Azərbaycanda yeni elektron kitabxana yaradılacaq

Azərbaycanda yeni elektron kitabxana yaradılacaq
# 06 iyul 2009 10:30 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Dövlət Aqrar Universitetində növbəti tədris ilindən etibarən biznesin idarə edilməsi, dünya iqtisadiyyatı, maliyyə, dizayn və balıqçılıq ixtisasları üzrə kadr hazırlığına başlanacaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, ixtisas dairəsinin genişləndirilməsi ilə tədrisin səviyyəsinin yüksəldilməsinə, müasir texnologiyaların tətbiqini məqsədi ilə Universitetdə elektron kitabxana yaradılacaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin razılığı ilə kitabxanada elektron kitablarla yanaşı universitetin müəllim və tələbələri öz elmi məqalələrini, apardıqları tədqiqat işlərinin nəticələri barədə məlumatlar yerləşdirə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR