Bank Of Baku

Gəncədə Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunmuş tədbir keçirilir

Gəncədə Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunmuş tədbir keçirilir
# 06 iyul 2009 11:44 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA. Bu gün Gəncə şəhərində Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunan tədbir keçirilir. APA-nın qərb bürosunun xəbərinə görə, bu münasibətlə Bakıdan Gəncəyə gələn 77 nəfərlik nümayəndə heyətinə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov başçılıq edir. Nümayəndə heyətində Azərbaycanın xarici ölkələrdəki əksər səfirləri də təmsil olunur. Tədbirdən öncə iştirakçılar Heydər Əliyevin abidəsini, Xan bağını, Şah Abbas Məscidini, Cavad Xanın məqbərəsini, Mir Cəlal Paşayev muzeyini, Nizami Gəncəvinin məqbərəsini, Gəncə darvazalarını ziyarət ediblər.
Nümayəndə heyəti Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və ilk hökumətinin yerləşdiyi Aqrar Universitetinin binasında da olublar.
Tədbir Gəncə şəhər İcra Hakimiyyətində keçirilir.
Tədbirdən sonra nümayəndə heyəti Naxçıvana yola düşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR