Bank Of Baku

“Donuz qripi”nə qarşı peyvənd avqust-sentyabr aylarında hazır olacaq

“Donuz qripi”nə qarşı peyvənd avqust-sentyabr aylarında hazır olacaq
# 06 iyul 2009 12:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. A/H1N1 virusuna (“donuz qripi”) qarşı peyvənd avqust-sentyabr aylarında hazır olacaq. APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının layihə koordinatoru Elxan Qasımov deyib. O bildirib ki, məşhur “Sanofi” şirkəti Səhiyyə Təşkilatına 100 milyon doza vaksin hədiyyə edəcəyinə söz verib. GSK şirkəti isə 50 milyon doza vaksin təqdim edəcək. Vaksinlər ehtiyacı olan ölkələrə göndəriləcək. Ümumilikdə peyvənd istehsalı ilə 20-dək şirkət məşğuldur.

E. Qasımovun sözlərinə görə, hələlik Azərbaycanda virusla bağlı şübhəli hal qeydə alınmayıb: “Dövlət Gömrük Komitəsi virusun qeydə alındığı ölkələrdən gələn insanlarla bağlı bütün məlumatları vaxtaşırı Səhiyyə Nazirliyinə göndərir. Həmin insanlar üzərində bir həftə ərzində nəzarət davam etdirilir”.

Qeyd edək ki, iyulun 3-nə olan məlumata əsasən dünyanın 113 ölkəsində “donuz qripi”nə 89921 yoluxma halı qeydə alınıb. Virusdan 382 şəxs dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR