Bank Of Baku

Tiflisdə Cənubi Qafqaz ölkələrinin iştirakı ilə Səhiyyə və Ədliyyə nazirliklərinin mütəxəssisləri üçün regional təlim keçiriləcək

Tiflisdə Cənubi Qafqaz ölkələrinin iştirakı ilə Səhiyyə və Ədliyyə nazirliklərinin mütəxəssisləri üçün regional təlim keçiriləcək
# 06 iyul 2009 13:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İyulun 7-8-də Tiflisdə Cənubi Qafqazın hər üç ölkəsinin iştirakı ilə Səhiyyə və Ədliyyə nazirliklərinin mütəxəssisləri üçün regional təlim keçiriləcək. BMT-nin Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramından APA-ya verilən məlumata görə, tədbir Avropa İttifaqının və BMT-nin İnkişaf Proqramının Cənubi Qafqaz ölkələrində icra etdiyi SCAD-2 Regional Yardım Proqramının 3-cü komponenti (Narkotiklərdən istifadə edənlərin müalicə və reabilitasiya xidmətlərinin təkmilləşdirilməsi) çərçivəsində keçirilir. Regional təlimin keçirilməsində əsas məqsəd bu komponent çərçivəsində görülmüş işlərə dair ümumi vəziyyətin qiymətləndirilməsi, cəmiyyətdə və penitensiar sistemdə narkomanların müalicə və reabilitasiyası, zərərin azaldılması sahəsində Avropa İttifaqı ölkələrinin müasir təcrübəsini öyrənilməsindən ibarətdir. Cənubi Qafqazın digər ölkələri ilə yanaşı Azərbaycanda da narkomaniyanın yayılmasının qarşısının alınması, narkomanlara göstərilən müalicə və reabilitasiya xidmətlərinin təkmilləşdirilməsi, penitensiar xidmətin müalicə müəssisələrində narkomanların saxlanılması şəraitinin daha da yaxşılaşdırılması sahəsində dövlətin apardığı işlər, həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlərlə bağlı məlumat xüsusi prezentasiya ilə təqdim olunacaq. Tədbirdə beynəlxalq ekspert Heino Stoever narkomanları müalicəsi və reabilitasiyası sahəsində müasir yanaşmalar və Avropa ölkələrinin təcrübəsinin öyrənilməsinə dair fikir mübadiləsində yaxından iştirak etməklə yanaşı, problemin həllinə yanaşmada beynəlxalq təcrübəyə əsaslanan tövsiyə xarakterli məsləhətlərini verəcək. Tədbirdə Avropa Komissiyasının, BMT-nin İnkişaf Proqramının, Cənubi Qafqaz ölkələrinin Səhiyyə, Ədliyyə nazirliklərinin səlahiyyətli nümayəndələri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR