Bank Of Baku

2008-2009-cu tədris ilində Azərbaycan Dillər Universitetində 3136 tələbə kredit sistemi ilə imtahan verib

2008-2009-cu tədris ilində Azərbaycan Dillər Universitetində 3136 tələbə kredit sistemi ilə imtahan verib
# 07 iyul 2009 10:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Dillər Universitetində (ADU) 2008-2009-cu tədris ilində 3136 tələbə kredit sistemi ilə imtahan verib. Universitetdə ümumilikdə 5 min tələbə təhsil alır, onlardan 285 nəfəri əcnəbi tələbələrdir. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Dillər Universitetinin ictimai əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, ADU Boloniya prosesinə qoşulan ilk universitetdir. İlk dəfə olaraq, 2005-ci ildən universitetin bir fakültəsində, 2006-2007-ci tədris ilindən isə bütün fakültələrində kredit sistemi tətbiq olunur. Bu il ADU kredit sistemi ilə təhsillərini baş vuran ilk məzunlarını yola salıb. Z. Kazımovanın sözlərinə görə, 2009-2010-cu tədris ilində universitetdə bir sıra yeniliklər gözlənilir. Universitetin tərcümə fakültəsi yenidən qurulacaq, Hacettepe və Mark Blok Universitetləri ilə əlaqələr şəbəkəsi yaradılacaq. ADU-nun tələbələri təhsillərini sözügedən universitetlərdə davam etdirə biləcəklər. Yeni dərs ilindən ADU-da “Təlimdə innovasiyalar və əlavə təhsil” adlı yeni kafedra da fəaliyyətə başlayacaq.
2009-cu ilin ADU-da “Elm ili” elan olunduğunu deyən Z. Kazımova bildirib ki, universitetin rektoru Səməd Seyidovun sədrliyi ilə elmi jurnalların səviyyəsini qaldırmaq və Avropa standartlarına uyğunlaşdırmaq üçün Koordinasiya Şurası yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR