Bank Of Baku

Azərbaycanın palçıq vulkanları ilə bağlı yeni saytın və bələdçi kitabın təqdimat mərasimi keçirilib

Azərbaycanın palçıq vulkanları ilə bağlı yeni saytın və bələdçi kitabın təqdimat mərasimi keçirilib
# 07 iyul 2009 10:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda Azərbaycanın palçıq vulkanları ilə bağlı yeni saytın və bələdçi kitabın təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti və institutun direktoru Akif Əlizadə bildirib ki, hazırda Azərbaycanda 400-ə yaxın palçıq vulkanı var. Bu, dünyada mövcud olan palçıq vulkanlarının yarısını təşkil edir. O deyib ki, hər il Azərbaycanda 3-5 yerüstü və dəniz-palçıq vulkanının püskürməsi baş verir. Son 200 ildə Azərbaycanda 93 palçıq vulkanında 387 püskürmə qeydə alınıb.
Hazırda institutun “Dünya palçıq vulkanlarının atlası”nı tərtib etdiyini deyən A. Əlizadənin sözlərinə görə, atlas gələn ilin sonunadək hazır olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR