Bank Of Baku

Azərbaycanda mövcud olan bəzi palçıq vulkanlarının yaxınlığında yaşayış evləri tikilib

Azərbaycanda mövcud olan bəzi palçıq vulkanlarının yaxınlığında yaşayış evləri tikilib
# 07 iyul 2009 11:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Palçıq vulkanlarının yaxınlığında yaşayış evləri tikmək qanunla qadağandır. Lakin bu qadağa bəzi palçıq vulkanlarının ətrafında pozulub”. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının AMEA-nın vitse-prezidenti və Geologiya İnstitutun direktoru Akif Əlizadə bildirib. Onun sözlərinə görə, ölkə prezidentinin 2007-ci ildə verdiyi sərəncama əsasən, palçıq vulkanları qoruq zonalar elan olunub. Lakin palçıq vulkanlarının çox keyfiyyətli olan gilindən tikinti materialı kimi istifadə halları hələ də davam edir: “Palçıq vulkanların ətrafını dağıdırlar, gilini maşınlarla daşıyırlar, ətrafını zibilləyirlər. Hətta vulkanların lap yaxınlığında evlər də tikirlər. Sabah vulkanların püskürmə ehtimalını isə heç kim nəzərə almır”. A. Əlizadənin sözlərinə görə, artıq bu faktlarla əlaqədar Geologiya İnstitutu Azərbaycan Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər əlaqədar qurumlara müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR