Bank Of Baku

Masallı məktəblərinin rus dili müəllimləri üçün təkmilləşdirmə kursları keçiriləcək

Masallı məktəblərinin rus dili müəllimləri üçün təkmilləşdirmə kursları keçiriləcək
# 07 iyul 2009 12:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İyulun 13-dən 19-na kimi Masallıda rus dili müəllimləri üçün təkmilləşdirilməsi kursları keçiriləcək. Rusiya Mədəniyyət və İnformasiya Mərkəzindən (RMİM) APA-ya verilən məlumata görə, bu, RMİM və «Rossotrudniçestvo»-nun Azərbaycandakı nümayəndəliyinin Masallı rayon İcra Hakimiyyətinin Milli Məclisin deputatı Elmira Axundovanın dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində ilk tədbirdir.

Təlimlər Rusiyanın Xalqlar Dostluğu Universitetinin rus dili və ədəbiyyatı kafedrasının müdiri Vladimir Sinyaçkinin rəhbərliyi altında aparılacaq. Təlimlərin yekununda proqramı mənimsəmiş müəllimlərə universitetin sertifikatları təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR