Bank Of Baku

"Təbiətin yeddi möcüzəsi" müsabiqəsində iştirak edən Azərbaycanın palçıq vulkanları hazırda 5-ci yerdədir

"Təbiətin yeddi möcüzəsi" müsabiqəsində iştirak edən Azərbaycanın palçıq vulkanları hazırda 5-ci yerdədir
# 07 iyul 2009 15:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İsveçrənin "Təbiətin yeddi möcüzəsi" adlı qeyri-biznes təşkilatının elan etdiyi eyni adda beynəlxalq müsabiqədə iştirak edən Azərbaycanın palçıq vulkanları səsvermənin nəticələrinə görə hazırda 5-ci yerdədir. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib. Onun sözlərinə görə, yarım ildir aparılan səsvermənin əvvəlində Azərbaycan 23-cü yerdə olsa da, Azərbaycan diasporunun, Avropa və Amerikadakı alimlərin səyi nəticəsində ölkənin palçıq vulkanları siyahıda irəliyə bilib.
Müsabiqənin ikinci mərhələsinə 11 təbiət möcüzəsi keçəcək. 2011-ci ildə yekunlaşacaq müsabiqəyə ümumilikdə 222 ölkədən 261 tarixi və təbiət abidəsinin adı salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR