Bank Of Baku

Üçüncü ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlanıb

Üçüncü ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlanıb
# 08 iyul 2009 08:09 (UTC +04:00)
Bakı - APA. İyulun 5-də 2009-2010-cu tədris ili üçün Azərbaycan ali məktəblərinə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanının nəticələri TQDK-nın internet səhifəsində yerləşdirilib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanın nəticələri barədə məlumatı mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənmək olar. Bunun üçün abituriyentlər iş nömrələrini 7727 və ya 7737 nömrəsinə göndərməlidirlər. Hər abituriyent öz nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.

Qeyd edək ki, III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 35772 abituriyent sənəd verib. Onlardan 1559-u imtahanda iştirak etməyib, 15 nəfər isə qaydalarını pozduğuna görə imtahandan xaric olunub. III ixtisas qrupu üzrə təqdim olunan plan yerlərinin ümumi sayı 9526-dır. Test imtahanının nəticəsinə əsasən 10595 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak hüququ qazanıb. (Azərbaycan bölməsi üzrə 9331 nəfər, rus bölməsi üzrə 1264 nəfər). Onlardan 2 nəfəri 700 bal toplayıb.

III ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub. İxtisas seçimi iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı “Abituriyent” jurnalının 4-cü sayında dərc olunub. İxtisas seçimi mərhələsinə III ixtisas qrupunda ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR