Bank Of Baku

Ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlər davam etdirilir

Ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlər davam etdirilir
# 08 iyul 2009 08:55 (UTC +04:00)
Bakı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 22-29 iyun tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları ilə əlaqədar 5 akt və 4 protokol tərtib edilib. Ümumilikdə 2 iş üzrə 16200 manat məbləğində cərimə tətbiq olunub. Ətraf mühitə dəymiş ziyanla bağlı 4 iş üzrə 1416,5 manat məbləğində iddia qaldırılıb. Atmosfer havası üzrə 1 akt, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının atılmasına görə 2 protokol tərtib olunub, 1 iş üzrə 16000 manat məbləğində cərimə tətbiq edilib. Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 4 akt və 2 protokol tərtib edilərək 4 iş üzrə 1416,5 manat məbləğində iddianın ödənilməsi təmin olunub. Faunanın mühafizəsi sahəsində 1 iş üzrə 200 manat məbləğində cərimə tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR