Bank Of Baku

Bakıda MDB ölkələri daxili işlər nazirliklərinin mühafizə xidmətləri rəhbərlərinin konfransı başlayıb

Bakıda MDB ölkələri daxili işlər nazirliklərinin mühafizə xidmətləri rəhbərlərinin konfransı başlayıb
# 08 iyul 2009 09:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakıda Müstəqil Dövlətlər Birliyi ölkələrinin daxili işlər nazirliklərinin mühafizə xidmətləri rəhbərlərinin iştirakı ilə iki günlük beynəlxalq elmi-praktik konfrans başlayıb. APA-nın məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi, general-mayor Mədət Quliyev təmsil etdiyi qurumun tarixindən, keçdiyi yoldan, fəaliyyətindən və qarşısında duran vəzifələrdən danışıb. M. Quliyev bildirib ki, hazırda idarə tərəfindən dövlət və özəl mülkiyyətə məxsus 8500-ə yaxın obyekt, o cümlədən 1000-ə yaxın vətəndaşın mənzilləri qorunur. Mülkiyyətçilərlə mühafizəyə dair digər xidmət növlərinin göstərilməsi ilə bağlı 1500 müqavilə bağlanılıb. İdarə rəisi deyib ki, son 3 il ərzində BMİ-nin əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan 100-ə yaxın odlu silah və 22 min ədəd müxtəlif növ sursat aşkar edilərək götürülüb: “Eyni zamanda bu illər ərzində qorunan 163 obyektdə oğurluğun, 400-ə yaxın digər cinayət hadisələrinin qarşısı alınaraq 650 cinayətkar, 180 axtarışda olan və 3000-dən yuxarı ictimai qaydanı pozan şəxs saxlanılıb və ərazi polis orqanlarına təhvil verilib”.

Daxili işlər nazirinin müavini Oruc Zalov isə Azərbaycanda mühafizə xidmətinin keçdiyi inkişaf yolu, qarşıda duran vəzifələr, bu istiqamətdə aparılan islahatlar mövzusunda məruzə edib.

Qeyd edək ki, konfransa Rusiya, Ukrayna, Belarus, Moldova, Özbəkistan və Tacikistan nümayəndələri qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR