Bank Of Baku

İnsan Hüquqları İnstitutunda “Sakitlik hüququ” mövzusunda elmi-praktik konfrans keçirilib

İnsan Hüquqları İnstitutunda “Sakitlik hüququ” mövzusunda elmi-praktik konfrans keçirilib
# 08 iyul 2009 10:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda “Sakitlik hüququ” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən institutun direktoru Aytən Mustafayeva bildirib ki, Bakı və ölkənin iri yaşayış məntəqələrinin əhalisini narahat edən güclü səs-küy vətəndaşların konstitusion hüquqlarını pozur: “65 desibeldən yüksək olan səslər insanlarda infarkt riskini 20 faiz artırır. 85 desibeldən yuxarı səslər isə orqanizmdə ciddi və qarşısıalınmaz fəsadlara səbəb olur. Hər gün Bakıda yüz minlərlə insan kütləvi yerlərdə 65 desibeldən yüksək səs-küyün təsirinə məruz qalır. Bunun əsas günahkarlarından biri nəqliyyat vasitələridir”.

A. Mustafayevanın sözlərinə görə, insan uzun müddət 90 desibeldən yüksək səs-küyə məruz qalırsa, bu zaman qulaqdakı həssas hüceyrələr ölür və eşitmə qabiliyyətli azalır. 30-40 desibel arasında olan səs-küy isə gecələr narahatlıq və yuxusuzluq yaradır. Səs-küy nəticəsində insanın vegetativ sistemində, orqanizmdə maddələr mübadiləsində pozuntular baş verir, nevrozlar və ürək-damar xəstəlikləri yaranır.

Konfransın yekununda institut adından təkliflər də səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR