Bank Of Baku

Lənkəranda 130 nəfərdə vərəmə yoluxma halı aşkarlanıb

Lənkəranda 130 nəfərdə vərəmə yoluxma halı aşkarlanıb
# 08 iyul 2009 14:36 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu ilin birinci yarısında Lənkəran Rayonlararası Ağciyər Xəstəlikləri Dispanserinə müraciət edən 906 nəfərdən 130-da vərəmə yoluxma halı qeydə alınıb. Bu barədə APA-nın cənub bürosuna dispanserin baş həkimi Nurəddin Qurbanov məlumat verib. Onun sözlərinə görə, 7 yaşından yuxarı bütün şəxslər ildə bir dəfə rentgenoloji müayinədən keçməlidir. Bu, xüsusən də təhsil, ticarət, ictimai iaşə, mədəniyyət sahəsində çalışanlara aiddir. Apteklərdə vərəmin müalicəsində istifadə edilən dərman preparatlarının satışına qadağa qoyulduğunu bildirən N. Qurbanov dispanserdə qeydiyyatda duran bütün xəstələrin lazımi dərmanlarla pulsuz təmin edildiyini diqqətə çatdırıb: “Bu il bölgənin bütün ümumtəhsil məktblərində mantu sınağı aparılıb və nəticədə 450 virajlı uşaq aşkarlanıb ki, onlardan da 110 nəfəri dispanserdə müalicə olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR